““Qarabağ”ı güclü klub hesab edirik” - “Sevilya”nın baş məşqçisi

21:30 18-09-2019 | icon 2678
““Qarabağ”ı güclü klub hesab edirik” - “Sevilya”nın baş məşqçisi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi oyun öncəsi fikirlərini bölüşüb.
 
Ispaniyalı mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Daha öncə “Atletik” və “Atletiko” klubları Bakıda qalib gələ bilməyib. Bu barədə məlumatınız var? Bu, sizin üçün nə deməkdir?
- Əlbəttə, bura gələn klublar haqda məlumatım var. Bu faktı bilirəm. Bu klubda güclü yerli və legioner futbolçular var. “Qarabağ” digər Avropa klublarının da işlərini çətinləşdirib.

 


 
- Sizin üçün burdan məğlubiyyət və ya heç-heçə ilə ayrılmaq nə demək olacaq?
- Çətinliklərə baxmayaraq, qalib gələcəyimizə inanırıq. “Qarabağ”ı güclü klub hesab edirik. 
 
- “Sevilya”nın həftəsonu “Real”la oyunu var. Bəzi oyunçuları ehtiyatda saxlaya bilərsiniz?
- Bizim üçün bir oyun var. Ancaq “Qarabağ”ı düşünürük.
 
- Sabah heyətdə dəyişikliklər baş verəcək?
- Bütün futbolçular tam hazırdır. Sabah qərarımızı verəcəyik. Dəyişikliklər mümkündür.
 
- Yalnız sabahkı oyunu düşünürsünüz, yoxsa “Real”la matç da beyninizdədir?
- Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmən istəyirik. Bütün diqqətimizi sabahkı görüşə yönəltmişik.


Digər xəbərlər

0.25559306144714