Goranboydakı qəza 3 yaşayış məntəqəsini qazsız qoydu

21:32 18-09-2019 | icon 3159
Goranboydakı qəza 3 yaşayış məntəqəsini qazsız qoydu

Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomabili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təziqli qaz kəmərinə çırpılıb. 

"Azəriqaz"dan verilən məlumata görə, qaz kəməri iki yerdən qırılıb və 3 yaşayış məntəqəsində mindən çox abonentin qaz təminatı dayandırılıb. 

 

Səhər saatlarında qazın verilişi üçün bərpa işləri aparılacaq.

 

 

Digər xəbərlər

0.21554899215698