“Ona inanmasaydım, yazmazdım” - 30 milyon kitabı olan Çingiz Abdullayev + Video
Xalq yazıçısı Çingiz Abdullayev İTV-də yayımlanan “3D” layihəsinin qonağı olub.
Verilişdə bir çox maraqlı məqamlardan söz açılıb. Aparıcı Dadaş Dadaşlinskinin “Yazıçı olmaq baha başa gəlir?” sualını Ç. Abdullayev belə cavablandırıb:
“Tam məsuliyyətimlə deyirəm ki, mən indiyədək ömrümdə bir misranı çap etdirməmişəm, ona görə də bilmirəm. Mənim 30 milyon kitabım var. Heç bir ölkədə, Azərbaycanda, heç yerdə bir misranı, bir kitabımı çap etdirməmişəm və bilmirəm, neçəyə başa gəlir. Birinci kitabımdan hamısını nəşriyyatçılar çap edib”.
Aparıcının “30 milyon kitab... Çingiz müəllim, təbiətə yazığınız gəlmir?” sualına cavab olaraq, Xalq yazıçısı bunları deyib:
“Yox, yazığım gəlmir, ona görə ki, mən inanıram ki, kitab insanlara kömək edir. Demirəm ki, yalnız mənim kitabım. Mən ona inanmasaydım, yazmazdım. İnanıram ki, yaxşı kitab insana kömək edir, ona görə də hesab edirəm ki, yaxşı kitablar çıxmalıdır”.
Sözügedən kadrlara videonun 7-ci dəqiqəsindən baxa bilərsiniz:
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...