“Sabah” yeni baş məşqçisini rəsmən açıqladı
“Sabah” klubunun Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib. Iclasda MŞ-nin sədri Firudin Qurbanov, üzvləri – Rauf Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev, Yaqub Hüseynov və klub prezidenti Maqsud Adıgözəlov iştirak ediblər.
İclasa giriş sözü ilə Maqsud Adıgözəlov başlayıb. Klub prezidenti komandadakı son vəziyyət, çempionat oyunlarındakı nəticələr barədə danışıb. O, baş məşqçi Elşad Əhmədovla qarşılıqlı razılıq əsasında onun bundan sonra klubda müşavir postunda çalışması ilə bağlı qərar qəbul olunduğunu qeyd edib.
Daha sonra Adıgözəlov yeni baş məşqçi axtarışlarının davam etdiyini bildirib. Klub prezidenti yeni baş məşqçi təyin olunana kimi MŞ-nin üzvü, təcrübəli mütəxəssis İqor Ponomaryovun öz təcrübəsi ilə komandaya kömək etməsini təklif edib.
Həm Ponomaryov, həm də MŞ-nin üzvləri bu təklifi müsbət qarşılayıblar. Təcrübəli mütəxəssisin komandaya müvəqqəti baş məşqçi təyin olunması qərara alınıb. Ponomaryov Premyer Liqanın “Sumqayıt”la oyunundan sonra, gələn həftənin bazar ertəsindən müvəqqəti baş məşqçi kimi fəaliyyətə başlayacaq.
Sonda MŞ-nin sədri Firudin Qurbanov çıxış edərək, İqor Ponomaryovun təcrübəsinin indiki zamanda komandaya faydalı olacağını qeyd edib.
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...
-
Sadıq Sadıqov: "Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı"
...
-
“Neftçi” kubokun qalibidir - Video
...
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...