Yelizaveta Truss və Kristofer Pinçerdən İlham Əliyevə - Təbrik
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi və Ticari Məsələlər İdarə Heyətinin sədri Yelizaveta Truss və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici və Birlik məsələləri ofisinin Avropa və Amerika üzrə naziri Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Məktubda deyilir:
"Zati-aliləri,
1994-cü ildə Zati-aliləri Heydər Əliyev və Con Braun tərəfindən imzalanmış Əsrin Müqaviləsinin 25-ci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını bu məktubla təbrik etməkdən olduqca məmnunuq.
Həmin əhəmiyyətli gün bu gün ölkələrimizin malik olduğu sıx siyasi və ticari münasibətlərin başlanması kimi yadda qaldı. Son iyirmi beş il ərzində, BP-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə tərəfdaşlığı çox böyük uğurla nəticələndi və digərlərinə nümunə olacaq, enerji sektorunda əməkdaşlığın məmnunluq doğuran misaldır. 2017-ci ildə müqavilənin uzadılması həmin tarixi tərəfdaşlığın gələn onilliklər ərzində çiçəklənəcəyini təmin edir.
Müqavilənin imzalanması bütün dünyaya göstərdi ki, Azərbaycan suveren və müstəqil dövlətdir və ölkənin təbii ehtiyatları tam hüquqlu şəkildə Azərbaycan xalqına məxsusdur. Cənub Qaz Dəhlizinin tamamlanması ilə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsini davam etdirəcək.
Biz daima güclənən davamlı əməkdaşlığımızı səmimiyyətlə arzulayırıq və bu cür tarixi məqamı mümkün etdiklərinə görə, Sizi, Azərbaycan hökumətini, Azərbaycan xalqını, ARDNŞ-i, BP-ni və Birləşmiş Krallığın işgüzar dairələrini bir daha təbrik edirik".
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...