Hacı ilk təsəlliverici görüşdə qalib gəldi
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında təmsilçimiz, sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.
H.Əliyev Misir təmsilçisi Amr Reda Ramadan Husseniyə qarşı görüşdə irəli çıxıb. İdmançımız 4:0 hesabı ilə irəlidə olan zaman rəqib zədələnib və hakimlərin oyunu yarıçmıq saxlaması ilə Hacı Əliyev qalib elan olunub. Təmsilçimiz Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha iki təsəlliverici görüşə çıxmalıdır. Bürünc medal uğrunda isə onun növbəti rəqibi yaponiyalı Takuto Otoquro olacaq.
Hacıdan fərqli olaraq, Mahir Əmiraslanov təsəlli görüşündə monqolustanlı Bexbayar Erdenebata məğlub olub.
Xatırladaq ki, ötən gün Əliyev rusiyalı Hacımurad Rəşidovla görüşdə önə keçsə də, qarşı tərəf buna etiraz edib. Hakimlər videotəkrara baxdıqdan sonra idmançımızın xallarını siliblər. Mundialın 3 qat qalibi hakimlərlə razılaşmayaraq qırmızı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstəriblər, idmançımız daha sonra hakimlərin üzərinə hücum çəkmək istəsə də, yerli polis bunun qarşısını alıb.
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...