Hacı Əliyev DÇ-ni medalsız başa vurdu

13:50 20-09-2019 | icon 2796
Hacı Əliyev DÇ-ni medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında təmsilçimiz, sərbəst güləşçi Hacı Əliyev təsəlliverici görüşünə çıxıb.

 

Hacı Əliyev yaponiyalı Takuto Otoquroya uduzaraq dünya çempionatını medalsız və Olimpiadaya lisenziyasız başa vurub. 

Xatırladaq ki, ötən gün Əliyev rusiyalı Hacımurad Rəşidovla görüşdə önə keçsə də, qarşı tərəf buna etiraz edib. Hakimlər videotəkrara baxdıqdan sonra idmançımızın xallarını siliblər. Mundialın 3 qat qalibi hakimlərlə razılaşmayaraq qırmızı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstəriblər, idmançımız daha sonra hakimlərin üzərinə hücum çəkmək istəsə də, yerli polis bunun qarşısını alıb.

 


Digər xəbərlər

0.32437109947205