Gənclər “Günərzi” reabilitasiya mərkəzində olublar
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin,
millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Ulu öndər Heydər Əliyevin
uşaqlarımız haqqında söylədiyi bu dəyərli fikirlər bu gün də öz təsdiqini tapmaqdadır.
Çünki hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır.
Ümummilli liderin müstəqilliyimizin əbədiliyinə xidmət edən siyasətini yaradıcılıqla
davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqlara qayğını
rəhbərlik fəaliyyətinin ön sırasında saxlayır.
Buna görədir ki, ölkənin müxtəlif regionlarında hər yeni gündə uşaqlara qayğı
göstərəcək müasir tipli məktəblər, bağçalar , reabilitasiya mərkəzləri açılıb fəaliyyət
göstərir. İsmayıllı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə
“Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi tərəfindən yaradılan, çətin
həyat şəraitli uşaqlara gündəlik olaraq və gün ərzində yarımstasionar formada
xidmətlər göstərən “Günərzi” reabilitasiya mərkəzi də uşaqlara göstərilən diqqət və
qayğının bariz nümunəsidir.
Bu mərkəzdə müxtəlif məşğələlər vasitəsilə uşaqlarda özünə xidmət bacarıqları
formalaşdırılır, eləcə də maraq və qabiliyyətləri nəzərə alınaraq ayrı-ayrı dərnəklər
vasitəsilə onların ilkin yaradıcılıq qabiliyyətləri inkişaf etdirilir.
İsmayıllı rayon Gənclər və İdman idarəsinin kollektivi də “Günərzi” qayğı və
icma əsaslı sosial reabilitasiya mərkəzinə gediblər.
İdarənin kollektivi tərəfindən mərkəzdəki uşaqların ifa etdikləri mahnı, şeir və
rəqslər maraqla qarşılanıb, uşaqlara hədiyyələr təqdim olunub.
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...