Rəfael Cəbrayılov açıqlama yaydı: “İyrənc məqsədlər...”

15:12 20-09-2019 | icon 2215
Rəfael Cəbrayılov açıqlama yaydı: “İyrənc məqsədlər...”

Millət vəkili Rəfael Cəbrayılov deputat vəsiqəsini girov qoyub pul borc alması ilə bağlı xəbər haqda açıqlama yayıb.

Deputat yazılı açıqlamasında bildirib ki, son dövrlərdə ona qarşı iyrənc ləkələmə kampaniyası aparılır. Heç bir şərh vermədən deputatın açıqlamasının mətnini təqdim edirik: 

“Təəsüf edirəm ki, bu iyrənc məqsədə nail olmaq üçün bir sıra juralistlərdən də istifadə olunur. Jurnalist araşdırması aparmadan məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir.

Təəssüflə qeyd edim ki, son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşlarım, habelə özümlə bağlı obyektiv reallığa uyğun olmayan informasiyalar müxtəlif saytlarda yayılır. Bu da ondan irəli gəlir ki, bir sıra insanların "mülkiyyətində" olan saytlar var. Bu saytlar əslində heç bir jurnalist fəaliyyəti ilə məşğul olmur yalnız "sahibinin" iyrənc niyyətlərini həyata keçirmək üçün "vasitə" rolunda çıxış edirlər. Həmin iyrənc şəxslərin iyrənc məqsədlərinin üzə çıxarılmasına nail olacam.

Azərbaycan Respublikasının informasiya məkanında belə informasiya vasitələfinin olmasına təəssüf edirəm”.


Digər xəbərlər

0.21754217147827