Gimnastımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı davam edir.
Bu gün fərdi çoxnövçülükdə final mərhələsi keçirilir. Final mərhələsini vəsiqə qazanan Azərbaycan idmançısı Zöhrə Ağamirova da bu qrupda qüvvəsini sınayıb.
O, gürzlərlə hərəkətə görə 21,200, lentlə çıxışda 17,000, halqa ilə hərəkətdə 20,900, topla çıxışına görə isə 19,525 xal qazanıb. Yekunda 78,725 xal toplayan idmançı B qrupunda 4-cü yeri tutub.
Beləliklə, A qrupunun 12 gimnastı mübarizəyə start vermədən Azərbaycan təmsilçisi ilk 16-lıqda yerini təmin edib ki, bu da Ağamirovaya 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış etmək hüququ verib. O, Yay Olimpiya Oyunlarına vəsiqə qazanan 4-cü Azərbaycan təmsilçisidir. Bunadək Anna Skidan (atletika, çəkicatma), Maksim Şemberev (üzgüçülük) və Marina Stadnik (qadın güləşi) vəsiqə əldə edib.
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...