“Gilan Holding” “World Cleanup Day” hərəkatına qoşuldu - Fotolar
Hər il sentyabrın 21-də “World Cleanup Day” hərəkatına qoşulan 157 ölkədə ətraf mühitin tullantılardan təmizlənməsi üzrə müxtəlif tədbirlər təşkil olunur.
“Gilan Holding” ekologiyanın qorunması üzrə bu maraqlı təşəbbüsü dəstəkləyərək, “Təbiət üçün əl-ələ!” devizi ilə təmizlik aksiyası keçirib.
Aksiya çərçivəsində Holdinqin əməkdaşları Bakı-Sumqayıt şosesinin 5-ci kilometr ərazisində yerləşən meşə massivinin bir hektara yaxın sahəsini müxtəlif növ tullantılardan təmizləyiblər. Toplanmış yarim tona yaxın plastik, şüşə, kağız və digər tullantılar ərazidən xaric olunub.
“Gilan Holding” təmizlik tədbirinin gerçəkləşməsində dəstək göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xüsusi minnətdarlığını bildirib.
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...