“Siz onlara sürtüşəndə hamilə qalarsınız...” – Seyran Səxavət
“Sən kimsən, hansı haqla, hardan pırt eləyib çıxmısan, sən neyləmisən, ortada hansı əsərin var ki, belə başının ölçüsündən böyük danışırsan?”
Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət bəzi gənc yazarların klassiklərimizi təhqir etməsinə münasibət bildirərkən deyib. Yazıçı bununla bağlı çox maraqlı fikirlər səsləndirib:
“Təbii ki, klassiklərimizi təhqir edənləri qəti bəyənmirəm, onları məhv etməyə hazıram. Sən kimsən, hansı haqla, hardan pırt eləyib çıxmısan, sən neyləmisən, ortada hansı əsərin var ki, belə başının ölçüsündən böyük danışırsan? Gənclərimizə, (təbii ki, söhbət istedadsızlardan gedir) demişdim ki, bizim klassiklərə sürtüşməyin, çünki siz onlara sürtüşəndə onlardan hamilə qalarsınız, elə bir pulunuz da yoxdur ki, abort etdirəsiniz. Onu da etdirə bilməyib gedib bic doğaraq hər şeyi korlayarsınız. Bu həm tövsiyə, həm qəzəb, həm sevgi, həm də nifərtdir.
Seyran Səxavət bir neçə gün öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialında universitetin filologiya fakültəsində onunla baş tutan görüş haqda da danışıb:
“Universitetin filologiya fakültəsinin tələbələriylə görüşümüz oldu. Söhbəti uzatdım ki, tələbələr mənə suallar versinlər. Bir-iki nəfər suallar verdi və sonra susdular. Sonra isə mən tələbələrə sual verib soruşdum ki, son vaxtlar hansı əsəri oxumusan? Xoşuna gəlibmi? Tələbələrin bir çoxları oxuduqları kitab haqda danışsalar da, bəziləri ümumiyyətlə bədii kitab oxumadığını etiraf etdi. Belə bir görüş oldu”.
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...