"Tamerlan Abdullayev çalışır ki, gecikmələr çox olmasın" - Aftandil Hacıyev
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın V turunda evdə "Qəbələ" ilə bərabərə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib. Mütəxəssis əvvəlcə 1:1 hesablı heç-heçəni şərh edib.
- Bu gün çətin oyun oldu. Arxada 5 tur qalıb. “Qarabağ” xaric, bütün digər komandalar sonadək mübarizə aparacaqlar. “Qəbələ” bir neçə tur məğlub olsa da, bugünkü oyunu ilə ilk "3-lüy"ə iddia edə bilər. İlk yarıya yaxşı girə bilmədik. Psixoloji üstünlük “Qəbələ” tərəfdə idi. Düşünürəm ki, əvəzetmə və taktiki dəyişiklik üstünlüyümüzü şərtləndirdi.
- “Qarabağ”ın ən yaxın izləyicisi olan komandanın baş məşqçisi niyə belə deyir?
- Qarşımıza heç 2-ci yeri tutmaq vəzifəsi də qoyulmayıb. Hər oyuna maksimum konsentrasiya ilə çıxmalıyıq. Ancaq tək oyun komponentləri yox, həm də digər məsələlərdə stabillik lazımdı.
- Qalan 3 oyunda “Qarabağ”dan heç olmasa 1 xal almağı bacaracaqsınız?
- Bunu istəyirik. Hər oyuna maksimum motivasiyalı çıxmağa çalışırıq.
- Maliyyə problemləri barədə yazılanlar nə dərəcədə həqiqətəuyğundu?
- Bir sıra futbolçumuzun getməsi maliyyə sıxıntılarının olmasından xəbər verir. Klub prezidenti Tamerlan Abdullayev də çalışır ki, gecikmələr çox olmasın. Hələ ki bunun öhdəsindən gəlirlər. Qarşıdakı aylarda necə olacağını bilmirəm. Futbolçulara təşəkkür edirəm ki, bu problemlər oyunumuza təsir etmir. Qışadək avrokuboklardakı bonusumuz da köçürüləcək.
- Oyunun afişasına rast gəlmədik. Səbəb nə idi?
- (Törə Əhmədova) Sadəcə, afişaya ehtiyac duymadıq.
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...