Anjelina məktəbə başladı - Fotolar

15:09 23-09-2019 | icon 3362
Anjelina məktəbə başladı - Fotolar

Atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelina təhsilə cəlb olunub. Bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov yayıb.

Bildirib ki, Raskopa Anjelinanın Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub:

“Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məktəbli ləvazimatları və çanta ilə təmin edib. Həmçinin, məktəbliyə yeni dərsliklər verilib.

Məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq.

Bir daha valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının heç bir halda məktəbə qəbulunu yubatmasınlar. Dövlətin yaratdığı təhsil imkanları hamı üçündür və hər bir uşağın məktəbə cəlb olunması, hərtərəfli vətəndaş kimi yetişməsi ümumilikdə cəmiyyətin uğurudur”.

Qeyd edək ki, Anjelina və atası ilə bağlı reportaj Azadlıq radiosunda yer almış və böyük marağa səbəb olmuşdu. Zabrat qəsəbəsində yaşayan ailə gündəlik xərcini plastik toplayaraq qazanır.

 




Digər xəbərlər

0.32015299797058