Azərbaycan Ordusu daha bir əsgərini itirdi
Müdafiə Nazirliyi Azərbaycan tərəfindən cəbhə xəttində təxribat törədilməsi barədə erməni KİV-lərində yayılan məlumata münasibət bildirib.
Müdafiə Nazirliyindən bildirilib ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.
Ermənistanın KİV-də guya, Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.
Xatırladaq ki, sentyabrın 20-də Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu da düşmən tərəfindən vurularaq öldürülmüşdü.
-
Hüseynlə Aqşin Azərbaycana təhvil verildi
...
-
Azərbaycanla Ermənistan arasında hərbçilər qarşılıqlı azad edilir
...
-
Terrorçu rejim Azərbaycanda mülki aviasiyaya belə radiomaneələr edib - DTX
...
-
“Şahramanyan sentyabrda Azərbaycan DTX ilə əlaqə saxlayıb”
...
-
Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir - Video
...
-
Ordumuzun müsadirə etdiyi silahların yeni - Siyahısı
...
-
Vardanyan Laçın postunda saxlanıldı - Bakıya gətirildi+Foto
...
-
Antiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid olub
...
-
“Mən azərbaycanlıları çox sevirəm” - Qarabağ ermənisi - Video
...
-
Antiterror tədbirləri dayandırıldı - MN-dən rəsmi açıqlama
...