Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu

11:34 25-09-2019 | icon 3982
Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Tərtər rayonu, Təzəkənd sakini Elxan Mehdiyevin müalicəsinə dəstək göstərəcək. 

1992-ci ildə Ağdərə rayonu uğrundakı döyüşlərdə şəhid olan Elman Mehdiyevin oğlu Elxan Mehdiyev kəskin bronxial astmadan əziyyət çəkdiyindən müalicəsinə kömək göstərilməsi üçün müraciət edib. 

 

Elxan Mehdiyev hazırda Tərtərdə ağır mənzil-məişət şəraitində yaşadığından Heydər Əliyev Fondu ailə üçün qısa müddətdə yeni evin inşasını da həyata keçirəcək.


Digər xəbərlər

0.24000191688538