Qazdan düzgün istifadə etmədi, yandı

11:38 25-09-2019 | icon 2663
Qazdan düzgün istifadə etmədi, yandı

Sentyabrın 25-də səhər saat 06:00 radələrində Cəlilabad rayonunun Üçtəpə kəndində vətəndaş Təhməzov Maarif Abdultalıb oğluna məxsus evdə qazdan istifadə qaydalarının pozulması səbəbindən yanğın hadisəsi baş verib.

 

“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsindən verilən məlumata görə, evin mətbəx hissəsi yanıb. Ev sahibi isə yanıq xəsarətləri alıb.


Digər xəbərlər

0.29077410697937