Rafael Cəbrayılov izahat yazdı
Milli Məclisin adı tez-tez qalmaqallarda hallanan deputatı Rəfael Cəbrayılovun növbəti borc olayı onun mandatını təhlükə altında qoyub. Belə ki, deputat mandatını pul əvəzində girov qoyan .Cəbrayılovun sonradan onu ifşa edən video və səs yazısı yayılıb.
Bəzi iddialara görə, Milli Məclisin İntizam Komitəsi Rəfael Cəbrayılovla bağlı toplanacaq. Komitənin verdiyi rəydən sonra onun mandatından məhrum edilməsi plenar iclasa çıxarılacaq.
Araşdırma zamanı məsələ ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.
Hakimiyyətyönümlü deputatın hərəkətinin iqtidarı üçün mənfi rəy yaratdığını iddia edən bəzi həmkarları onun dərhal cəzalandırılmasını tələb edib. Ancaq Milli Məclisdə Rəfael Cəbrayılovun tərəfarlarının da üzə çıxması məsələni sual altında qoyub.
Belə ki, bir sıra həmkarları şəxsi borc məsələsinə görə onun cəzalandırılmasının əleyhinə çıxıb. Milli Məclisdə mövqelərin ikiyə bölünməsi deputatın gələcək taleyi ilə bağlı qeyri-müəyyən vəziyyət yaradıb.
Araşdırma zamanı o da bəlli olub ki, Rəfael Cəbrayılov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin iş otağında spiker Oqtay Əsədov üçün izahat yazıb.(Gununsesi.org)
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...