Arif Qasımov sakinlərlə səyyar qəbul-görüşü keçirib

13:55 26-09-2019 | icon 3399
Arif Qasımov sakinlərlə səyyar qəbul-görüşü keçirib

Dünən 129 №-li  tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Babək prospekti 99, 101, İ.Məmmədov küçəsi 3, 2/4 və E.Süleymanov küçəsi 162a ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Görüşdə Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Sakinləri salamlayan başçı Arif Qasımov, Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini diqqətə çatdırıb, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.

 

Səyyar qəbulda sakinlər tərəfindən səsləndirilən problemlər dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

 

 



Digər xəbərlər

0.22036385536194