Arif Qasımov sakinlərlə səyyar qəbul-görüşü keçirib
Dünən 129 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Babək prospekti 99, 101, İ.Məmmədov küçəsi 3, 2/4 və E.Süleymanov küçəsi 162a ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Görüşdə Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Sakinləri salamlayan başçı Arif Qasımov, Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini diqqətə çatdırıb, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Səyyar qəbulda sakinlər tərəfindən səsləndirilən problemlər dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...