Lənkəranın Rvo kəndində səyyar qəbul-görüş - Foto

13:58 26-09-2019 | icon 4204
Lənkəranın Rvo kəndində səyyar qəbul-görüş - Foto

25 sentyabrda Lənkəran ŞİH başçısı Taleh Qaraşovun rayonun Rvo kəndində səyyar qəbul-görüşü keçirilib. 

Şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirak etdiyi səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib, kəndin sosial-iqtisadi inkişafına aid məsələlər barədə təkliflər araşdırılaraq onların həlli istiqamətində müvafiq tədbirlər müəyyənləşdirilib. 

Çıxış edən sakinlər ərazidə yerləşən kəndlərin kütləvi şəkildə qazlaşdırılmasının, elektrik təsərrüfatının yenilənməsinin, yol infrastrukturunun yaxşılaşdırılmasının əhalinin maddi-məişət şəraitini daha da yaxşılaşdırdığını, rahat yaşamaları üçün əlverişli imkanlar yaratdığını bildirərək bunların, xüsusilə Ələt-Astara-İran sərhəddi, Lənkəran-Lerik magistral avtomobil yollarının ən yüksək səviyyədə qurulmasının onlarda məmnunluq yaratdığını diqqətə çatdırıblar. 

 

Qeyd edilib ki, cari ildə ilk dəfə olaraq 131 kq barama istehsal olunub. Kənddə özünüməşğulluq proqramı çərçivəsində 16 ailənin iştirakı ilə 3,5 ha sahədə yeni limon-sitrus plantasiyası salınması layihəsinin icrasına başlanılıb. 

İcra başçısı qəbul-görüşü yekunlaşdıraraq müraciətlərdə səslənmiş arzu və təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

 



Digər xəbərlər

0.24562788009644