Prezident yəhudi icmasını təbrik etdi
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Hörmətli həmvətənlər!
Sizi – respublikamızın yəhudi əsilli vətəndaşlarını yeni il bayramınız Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Bu gün dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınan Azərbaycanda əsrlər boyu müxtəlif etnik və dini qrupların nümayəndələri, o cümlədən yəhudilər dostluq, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşamış, heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmadan milli-mədəni və dini dəyərlərini günümüzədək qoruyub saxlamışlar.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudi icması əsl vətəndaşlıq və Azərbaycançılıq mövqeyindən çıxış edərək respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində və ictimai-siyasi proseslərdə fəal iştirak edir. Əminəm ki, yəhudi əsilli həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da çiçəklənməsi üçün səylərini əsirgəməyəcəklər.
Hər il təntənə ilə qeyd olunan Roş-Ha-Şana yeniliyi, mənəvi saflığı və xeyirxahlığı təcəssüm etdirir. Qoy bu bayram hamınızın həyatına xoş ovqat, ailələrinizə səadət və sevinc gətirsin.
Bayramınız mübarək olsun!"
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...