“Nar” tələbələr üçün təqaüd proqramı elan edir!
Ölkədə informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsini hər zaman diqqət mərkəzində saxlayan “Nar” mobil operatoru Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün təqaüd proqramı elan edib. Universitetin informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan tələbələr təqaüd proqramında iştirak edə bilərlər. Bu təqaüd proqramı çərçivəsində 2019-2020-ci tədris ilində müvafiq ixtisaslardan olan və dərslərində yüksək göstəricilərə malik 5 tələbəyə aylıq təqaüd veriləcək.
Xatırladaq ki, “Nar” artıq ikinci ildir ki, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəstək məqsədilə Naxçıvanlı tələbələri üçün təqaüd proqramı təşkil edir.
“Nar” KSM startegiyası çərçivəsində müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan şagird və tələbələrin maarifləndirilməsi, dünyagörüşünün artırılması və analitik düşüncə qabiliyyətinin inkişafı istiqamətində bir çox layihələrə imza atıb. Eyni zamanda, informasiya texnologiyaları sahəsinin daha da gücləndirilməsi və təşviqi üçün mobil operator təhsil müəssisələri ilə də əməkdaşlıqlar edir. Belə ki, Azərbaycan Texniki Universiteti və ADA Universiteti ilə tələbələrin praktiki biliklərinin inkişafına yönəlik uzunmüddətli layihələr həyata keçirilir.
“Nar”ın KSM layihələri barədə daha ətraflı məlumatı nar.az səhifəsindən əldə edə bilərsiniz.
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...