Bakıda qadın seyf oğurluğunu belə təşkil etdi - Foto+Video
Bakı sakini Fuad Musayevin yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyf naməlum şəraitdə oğurlanıb.
Səbail RPİ və 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.
Müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyeva evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.
Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədilə orada qazaraq basdırıb. Həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
...
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...