“Qarabağ”ı dayandıran tapılmır - Video

20:38 28-09-2019 | icon 3468
“Qarabağ”ı dayandıran tapılmır - Video

Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.

Ilk oyun günündə bir matç keçirilib. Lider “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”la qarşılaşıb.

Oyun Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 6-cı qələbəsini qazanıb.

 

Qeyd edək ki, turun digər oyunları 28-29 sentyabr tarixlərində olacaq.

27 sentyabr (cümə)

19:00. “Qarabağ” – “Sumqayıt” - 2:0

Qol: Dani Kintana, 45+2, Mahir Mədətov, 90
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Tofiq Bəhramov adına Respublika Stadionu

 

 

Digər xəbərlər

0.25181794166565