Leyla Əliyeva Çin dili kursları üzrə təqdimatda - Fotolar
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş distant Çin dili kursları üzrə dərslərə başlanılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bununla əlaqədar universitetdə keçirilən təqdimat tədbirində iştirak edib.
Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulan dərslər 1,5 saat olmaqla həftədə 3 dəfə keçiriləcək.
Qeyd edək ki, distant təhsil üzrə təlimlər ödənişlidir. Sosial cəhətdən dəstəyə ehtiyacı olan şəxslərin təhsil haqları isə Heydər Əliyev Fondu tərəfindən qarşılanır.
Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan elementar səviyyəni bitirən iştirakçılar Çin dilinin ümumi qrammatik quruluşuna bələd olacaq, sadə fikir mübadiləsi aparmaq bacarığında olacaq.
Üç ay davam edəcək proqram üzrə təlimlər işdən ayrılmadan distant formada keçiriləcək.
Həyata keçirilən layihənin tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetidir.
Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar veriləcək. Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı da əldə edirlər.
-
Bu da sonuncu sual - 1 milyonu uddu
...
-
Musiqili Teatrın aktrisası Özbəkistanın rəsmi bayram tədbirlərində iştirak etdi
...
-
Əliqismət Lalayev beynəlxalq festivalın münsiflər heyətində...
...
-
Klassik avtomobillərin yürüşündən - Video - Fotolar
...
-
Laçında bayram konserti - Video
...
-
Səidə Sultanın toyu olacaq - Video
...
-
Akif İslamzadə Prezidentə təşəkkür edib: "Böyük sevinc və xoşbəxtlik hissi keçirirəm”
...
-
Hadisə Bakıya gəlir - İlk dəfə açıq havada konsert verəcək
...
-
“Əsl Babək sizsiniz” - Rasim Balayevdən Prezidentə
...
-
Rasim Balayevlə bağlı - Sərəncam
...