“Sabah” “Səbail”ə, “Keşlə” “Zirə”yə qarşı

13:27 29-09-2019 | icon 3043
“Sabah” “Səbail”ə, “Keşlə” “Zirə”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulacaq. Son oyun günündə iki görüş baş tutacaq.


Öncə bu mövsümün ən uğursuzu “Sabah” doğma meydanda “Səbail”lə üz-üzə gələcək. Müvəqqəti baş məşqçi İqor Ponomaryovun rəhbərliyi altında ilk matçına çıxacaq meydan sahibləri qələbə həsrətinə son qoymağa çalışacaq.


Turun qapanış matçında da iki paytaxt təmsilçisi - “Keşlə” və “Zirə” qarşılaşacaq. Eyni xala malik komandaların dueli böyük maraqla gözlənilir.


Turun digər oyunlarında “Qarabağ” “Sumqayıt”a evdə 2:0, “Neftçi” isə səfərdə “Qəbələ”ni 3:0 hesabıyla üstələyib. 


Azərbaycan Premyer Liqası
6-cı tur

29 sentyabr


“Sabah” – “Səbail”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı
Masazır. “Bank Respublika Arena”, 17:30.


“Keşlə” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
Bakı. “ASCO Arena”, 19:45.


Digər xəbərlər

0.24349403381348