Rafael Cəbrayılov deputat mandatından imtina etdi
Mandat vəsiqəsini girov qoyub borc götürməklə gündəmə gələn millət vəkili Rafael Cəbrayılov parlamentə müraciət edib.
O, Konstitusiyaya müvafiq olaraq mandatından özü imtina etməsi ilə bağlı müraciət edərək istefa vermək qərarına gəlib.
Qeyd edək ki, deputatın müraciətini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub.
Ə. Hüseynli bildirib ki, protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinə uyğun olaraq MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir.
R. Cəbrayılov müraciətində seçicilərindən üzr istəyib.
Deputat Siyavuş Novruzov mövzu ilə bağlı çıxışında qeyd edib ki, məsələ hüquqi şəkildə həllini tapdı: “Ona görə də xahiş edirəm ki, bu məsələyə çıxışında kimsə toxunmasın”.
Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığını görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...