“Düdelanj” – “Qarabağ” matçının hakimləri açıqlandı

19:17 30-09-2019 | icon 2732
“Düdelanj” – “Qarabağ” matçının hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Düdelanj” – “Qarabağ” oyunu üçün hakim təyinatları açıqlanıb.

Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Con Biton olacaq. Ona yan xətdə Daniel Makfarlan və Duqlas Potter kömək edəcək. Donald Robertson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı "Jozi Bartel" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

0.2366828918457