“Ay camaat, bayrağı dəyişməzlər e...”

19:17 30-09-2019 | icon 3777
“Ay camaat, bayrağı dəyişməzlər e...”

“Ay camaat, bayrağı dəyişməzlər e. Bayrağı bir dəfə qəbul edərlər, onu oyuncağa çevirməzlər”.

Bunu deputat Araz Əlizadə “Dövlət bayrağı haqqında” qanun layihəsinin müzakirəsində deyib. 

O, xatırladıb ki, 29 il bundan qabaq Hacı Əbdül parlamentdəki çıxışında  bayraqdakı birinci rəngin yaşıl olmasını təklif edib: “İndi görünür, o məsələ yerini alır. Bayrağı dəyişməzlər. Əgər belə olsa, öz uşaqlarımızda milli ruhumuzu aşılaya bilməyəcəyik”.

Komitə sədri Əli Hüseynli bildirib ki, dövlət bayrağı anlayışı Konstitusiyada öz əksini tapıb: “Biz bayraqdan xüsusi olaraq istifadə qaydaları ilə bağlı qanundan istifadə etmişik. Nazirlər Kabinetinin qərarı ilə qanun arasında ziddiyyət varsa, bunu həll edə bilərik. Amma əminəm ki, belə deyil. Biz hazırkı layihəni sadəcə Konstitusiya qanununa uyğunlaşdırırıq”.

Qeyd edək ki, qanun layihəsində bayrağın rənglərinin dəyişdirilməsi ilə bağlı hər hansı müddəa yoxdur.


Digər xəbərlər

0.22577595710754