Teymur Rəcəbov finalın ilk görüşündə heç-heçə etdi

19:19 30-09-2019 | icon 3578
Teymur Rəcəbov finalın ilk görüşündə heç-heçə etdi

Bu gün şahmat üzrə Dünya Kubokunun final qarşılaşması start götürüb. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 4 partiyadan ibarət mini-matçın ilk görüşündə ağlarla çinli Dinq Lirenin müqavimətini qıra bilməyib.

İspan partiyası debütünü seçən həmyerlimiz 33-cü gedişdə heç-heçəyə razılaşıb.

Sabah rəqiblər ikinci partiyada üz-üzə gələcəklər.

Qeyd edək ki, qalibi 110, finalda uduzanı isə 80 min dollar mükafat gözləyir.


Digər xəbərlər

0.28031992912292