“O əlillərə əl qaldıranlar... Utanmırsınız?” – Mübariz Mənsimovdan sərt reaksiya
“O əlillərə əl qaldıranların qanı azərbaycanlı qanı ola bilməz”.
Bunu Palmali Qrupun prezidenti Mübariz Mənsimov deyib. Qarabağ əlilləri ilə SOCAR əməkdaşları arasında baş verən davaya münasibət bildirən iş adamı qeyd edib ki, həmin əlillər canlarının yarısını vətən uğrunda fəda ediblər və onlar onsuz da tam həyat sürə bilmir:
“Sizdə heç vicdan yoxdurmu!? Aralarında Qarabağ döyüşçüləri var. Utanmırsınız? Həqiqətən siz bu qədər qansız və anlamazsınız ki, bu insanlar kimdir?
Bu insanlar tək ayaq üstündə həyatı yaşamağa çalışırlar. Bu insanlar Vətən üçün canlarını qurban ediblər! Onlar sayəsində siz kef edə bilirsiz. Bu imarətlərin içində onlardan oğurladıqlarınızla yaşayırsınız. Bu insanlar haqsız olsalar belə, onlara kömək və yardım göstərilməlidir.
Sizin qayğınız budur? Sizin Qarabağ əlillərinə sayğınız budur? Bu insanlar hər gün ağrı ilə yaşayır. Burada qoçuluq etməkdənsə gedin Qarabağda qoçuluq edin. Vətənə bir faydanız olsun. Sizə əmr verənlərə yarınmaq üçün Qarabağ qazisinə əl qaldırmayın!”
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...