Bakıda polis mayorunun başına "pul qoyuldu" - Öldürənə 10 000 manat veriləcək - FOTOFAKT

21:08 01-10-2019 | icon 3190
Bakıda polis mayorunun başına
"Facebook" sosial şəbəkəsində "Evez VAhidovic” profilini işlədən naməlum şəxs Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisini ölümlə təhdid edib. Adıçəkilən profil polis mayoru Elşad Hacıyevin şəklini paylaşaraq, "Kim bunu öldürsə, 10.000 manat pul verəcəm” yazıb.

Məsələ ilə bağlı lent.az -a münasibət bildirən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi mayor Elşad Hacıyev, barəsində paylaşılan məlumatı cəfəngiyyat adlandıraraq fikir bildirməyəcəyini vurğulayıb.

Qeyd edək ki, həmin profil əvvəlki paylaşımlarda da eyni elanı verərək mətbuat xidmətinin rəisini vətən xaini adlandırıb.
 
Profilin saxta olub-olmadığı məlum deyil.


Digər xəbərlər

0.29638600349426