Gəlini üçün gəlinlik seçən qayınana mağazada öldü - Azərbaycanda

19:44 02-10-2019 | icon 3760
Gəlini üçün gəlinlik seçən qayınana mağazada öldü - Azərbaycanda

Mingəçevirdə ölüm hadisəsi baş verib. Oğlunun toyu üçün gəlinlik paltarı seçən 42 yaşlı qadın elə orada dünyasını dəyişib.

Hadisə şəhərin ticarət mərkəzlərinin birindəki gəlinlik mağazasında qeydə alınıb.

 

Belə ki, oğlunun toyuna hazırlaşan 1977-ci il təvəllüdlü Zamanova Hafizə Əhliyat qızı gələcək gəlininə gəlinlik libası seçmək üçün mağazaya gəlib. Qəfildən halı pisləşən qadın huşunu itirib. Hadisə yerinə cəlb olunan həkim briqadasının bütün səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində keçinib.

Qeyd edək ki, dünyasını dəyişən qadın məcburi köçkündür və müvəqqəti olaraq Mingəçevirdə məskunlaşıbmış.


Digər xəbərlər

0.32485103607178