Hacı Əliyevdən sensasiyalı açıqlamalar - Video
3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev İctimai Televiziyada efirə gedən "Bol İdman" verilişində Kənan Hakimovun qonağı olub.
28 yaşlı idmançı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında rusiyalı Hacımurad Rəşidovla təsnifat mərhələsinin görüşü zamanı baş verən qalmaqalı şərh edərkən haqsızlığa uğradığını bildirib. Hacı məşqçiləri - Arif Abdullayev və Zəlimxan Hüseynova da öz iradını çatdırıb:
“İdmanda qalib gəlmək də olur, uduzmaq da. Biz haqsızlığa tez-tez uğrayırıq. Hakimlər bəzən 50/50-yə düşündükdə haqsızlıq edirlər. Amma bu dəfəki hadisə tamam başqa idi. Başıma ilk dəfə belə hadisə gəldi. Hakimlərin etdiyi böyük səhvdir. Dünya çempionatına belə zəif hakimləri buraxmaq beynəlxalq federasiyanı düşündürməlidir. Çünki bu, azarkeşlərdə marağı azaldır. Özüm də həmin görüşdən sonra düşündüm ki, lazımsız hərəkətlər etmişəm. Özümə yaraşdırmadım bu hərəkətləri. Həmin vaxt özümdən çox çıxmışdım.
Əgər epizodlara baxsanız, görərsiniz ki, hakimin yanında oturub qərarı gözləyirəm. Həmin vaxt hakim mənə dedi ki, “rahat ol, 2 xal sənindir”. Mən də buna çox sevindim. 1 xalı gördükdən sonra öz məşqçilərimizə dedim ki, siz də etiraz edin. Orda bir dəfə qərar veriləndən sonra, ikinci etiraz hesab olunmur. Qərardan sonra xalça üzərində tək qaldım. Məşqçilərimiz də mənə dəstək məqsədilə yanıma gəlməli idilər. Amma bunu etmədilər. Bu, bizim güləşimizə yaraşmır”.
Verilişin videosunu təqdim edirik. Sözügedən görüntüləri 1:50-ci dəqiqədən izləyə bilərsiniz:
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...