Millimizin rəqibləri müəyyənləşdi

13:36 03-10-2019 | icon 3905
Millimizin rəqibləri müəyyənləşdi

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa Olimpiya Təsnifat Turnirlərindəki rəqibləri bəlli olub. Yanvarın 7-dən 12-dək Hollandiyanın Apeldorn şəhərində keçiriləcək yarışda komandamız A qrupunda yer alacaq. 

Millimiz ev sahibləri, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar. 

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək. 

Qeyd edək ki, qadınların mübarizəsində Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya və İtaliya Olimpiadada iştirak hüququ qazanıblar. Son 5 yer isə qitə təsnifat turnirlərində sahiblərini tapacaq.


Digər xəbərlər

0.26199102401733