“Qarabağ” “Düdelanj”a qarşı
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti matçına çıxacaq.
Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi səfərdə Lüksemburqun “Düdelanj” klubu ilə üz-üzə gələcək.
Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşmada meydan sahibləri ardıcıl ikinci qələbəni qazanmağı hədəfləyibsə, “Qarabağ” ilk xal və xallarını əldə etməyə çalışacaq. Çünki ilk turda Ağdam klubu doğma meydanda İspaniya təmsilçisi “Sevilya”ya uduzubsa (0:3), “Düdelanj” səfərdə Kipr APOEL-inə qalib gəlib – 4:3.
Bu gün qrupun digər oyununda “Sevilya” doğma meydanda APOEL-lə münasibətlərinə aydınlıq gətirəcək.
Avropa Liqası
A qrupu
3 oktyabr
23:00. Düdelanj - Qarabağ
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.
23:00. Sevilya - APOEL
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...