Lənkəranın Osakücə kəndində səyyar qəbul-görüş - Fotolar
Lənkəran ŞİH başçısı Taleh Qaraşov oktyabrın 2-də rayonun dağlıq ərazisinin iri yaşayış məntəqələrindən olan Osakücə kəndində səyyar qəbul-görüş keçirib.
Şəhər İcra Hakimiyyəti aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən qəbul-görüşdə vətandaşların müraciətləri dinlənilib, qaldırdıqları məsələlər operativ şəkildə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Səyyar qəbulu razılıqla qarşılayan sakinlər çıxışlarında əvvəlki görüşlər zamanı qaldırılmış məsələlərin həlli ilə bağlı görülmüş işlərə görə də minnətdarlıq ifadə ediblər. Çıxışlarda rayonun bütün ərazilərində olduğu kimi Osakücə kəndində də sosial-iqtisadi inkişafın daha da sürətlənməsi, son illərdə kənddə yeni məktəb binasının, tibb məntəqəsinin tikilməsi, kəndin ərazisindən keçən magistral avtomobil yolunun yüksək səviyyədə təmir olunaraq asfaltlanması ölkə başçısının diqqət və qayğısının bəhrəsi kimi vurğulanıb.
Qeyd olunub ki, cari ildə kənddə təsərrüfatlarda 40 hektarda çay, 60 hektarda buğda əkilib, 309 kq barama istehsal olunub, iri buynuzlu malqaranın sayı 1890-na, xırda buynuzlu malqaranın sayı 1075-ə, arı ailələrinin sayı isə 650-yə çatdırılıb. Qəbul-görüşü yekunlaşdıran İcra başçısı müraciətlərdə irəli sürülən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını da verib.
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...