“Neft xalqındır” – YAP-çı deputatdan Murad Dadaşova cavab
Dünən tanınmış şoumen, “M Group Production” şirkətinin prezidenti Murad Dadaşovun söylədiyi “Neft mənimdir, sənindir deyənlərə bir sualım var: “Sən bu neft üçün nə etmisən?” fikri vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, məşhurun bu açıqlaması sürətlə sosial şəbəkələrdə yayılıb. İnsanların məsələyə münasibəti də fərqli olub. Onlardan böyük əksəriyyəti şoumenin fikri ilə razılaşmayıb və onu tənqid ediblər.
“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə BakuPost-a münasibət bildirib. O deyib ki, şoumenin bu fikri ilə razı deyil:
“Murad müəllimlə şəxsi tanışlığımız var, dostumuzdur. Mənim incəsənət xadimi kimi onun özünə və sənətinə hörmətim var. Ancaq bu məsələdə fikirlərimiz fərqlidir. Bu fikir doğru deyil.
Təbii sərvətlərin hamısı xalqındır. Eləcə də, neft. Təbii sərvətlərdən gələn gəlirlərdə hər kəsin payı var. Ondan gələn gəlir hər bir kəsə düşür. Bilirsiniz ki, neftdən qazanılan gəlir ölkədə müxtəlif istiqamətlərdə istifadə olunur.
Bura silahlı qüvvələrimizin saxlanılması, təhlükəsizliyimizin qorunması, səhiyyə ocaqlarının saxlanılması, təhsil ocaqları, orta məktəblər, ali məktəblərin yaradılması, müxtəlif yenidənqurma və abadlıq işlərinin aparılması, əmək haqlarının, təqaüdlərin verilməsi və xeyli başqa məsələlər aiddir.
Mən bir daha qeyd edirəm: bütün bu işlərdə bütün vətəndaşların iştirakı və payı var. Neft xalqındır!”
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...