“Sumqayıt” “Keşlə”yə, “Neftçi” “Səbail”ə qarşı

11:51 05-10-2019 | icon 2984
“Sumqayıt” “Keşlə”yə, “Neftçi” “Səbail”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura start veriləcək. Ilk oyun günündə iki görüş baş tutacaq.


Əvvəlcə qeyri-sabit çıxışı ilə diqqət çəkən “Sumqayıt” doğma meydanda “Keşlə”ni qəbul edəcək. Paytaxt təmsilçisi ilk üçlükdəki mövqeyini qorumağı, sumqayıtlılar isə uğursuz gedişata son qoymağı hədəfləyiblər.


Günün digər matçı “Neftçi” ilə “Səbail” arasında baş tutacaq. “Ağ-qaralar” bu oyunda qalib gəlsə, “Səbail”i qabaqlamaq şansı əldə edəcək.


Tura sabah keçiriləcək “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Sabah” oyunları ilə yekun vurulacaq.


Azərbaycan Premyer Liqası
7-ci tur

5 oktyabr


“Sumqayıt” - “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
“Sumqayıt Arena”, 17:00.


“Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov
8-ci km stadionu, 19:15.


Digər xəbərlər

0.27889513969421