Prezident Budaq Budaqovun qızını da təltif etdi

13:28 07-10-2019 | icon 3104
Prezident Budaq Budaqovun qızını da təltif etdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilənlər arasında mərhum Professor, Respublika Ağsaqqallar Şurasının sədri olmuş Budaq Budaqovun qızı, 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova da var. 

Qeyd edək ki, Sevinc Budaqova 2001-2003-cü illərdə Nəsimi rayon 14 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb, 2001-ci ildən bu günə kimi YAP-ın Nəsimi rayonu Qadınlar şurasının üzvüdür, 2005-ci ildə "Azərbaycan-Hindistan iqtisadi, elmi-texniki və mədəni əlaqələri tarixindən (XX əsrin 1950-1980-cı illəri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir, tarix üzrə fəlsəfə doktorudur, 17 dekabr 2009-cu ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 oktyabr tarixli 2468 nömrəli Sərəncamı ilə “Əməkdar Müəllim” adına layiq görülüb, 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Bakı Şəhəri üzrə nümayəndələri şurasının sədridir.

Hazırda rəhbərlik etdiyi Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəb 1969-cu ildə tikilib. 2014-cü ildə əsaslı təmir edilib. Məktəbdə 72 sinif otağı, idman və akt zalı, bufet günün tələblərinə cavab verir. 2014-cü ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəb əsaslı surətdə təmir edildikdən sonra təşkil edilən açılışda iştirak edib.

      Məktəbdə 900-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 122 müəllim məşğul olur. Müəllimlərdən 2 nəfəri elmlər namizədi və fəlsəfə doktorudur. 1 nəfər müəllimimiz "Əməkdar müəllim" adına layiq görülmüş, 1 nəfər müəllimimiz isə "İlin müəllimi" müsabiqəsinin qalibi olmuşdur. Son beş ildə məktəbin 36 məzunu 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olmuş, 4 nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür. Məktəb iki dəfə-2007-2008 və 2012-2013-cü illərdə "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

     Məktəbdə təlim dili Azərbaycan və rus dilidir. Rus bölməsinin nəzdində Yəhudi mənşəli uşaqlardan ibarət komplektləşdirilmiş siniflərdə İbri dili tədris olunur. Hər tədris ili məzunların respublikanın ali məktəblərinə qəbul göstəricisi 57-63% təşkil edir.

     Məktəbin devizi: "Bu günün yüksək təhsili, sabahın parlaq gələcəyi, inkişafın qarantıdır.

 

Digər xəbərlər

0.24541091918945