Qurban Qurbanov “Traktor” azarkeşinə forma hədiyyə etdi - Foto

19:33 08-10-2019 | icon 3261
Qurban Qurbanov “Traktor” azarkeşinə forma hədiyyə etdi - Foto

Premyer Liqanın VII turunda "Sabah"la matçdan sonra Cənubi Azərbaycanın “Traktor” klubunun azarkeşi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Fanat ona Təbriz klubunun formasını hədiyyə edib. Qurban Qurbanov da azarkeşə "Qarabağ"ın formasını bağışlayıb.
 
Ötən gün mətbuat konfransında 47 yaşlı mütəxəssis “Traktor”la bağlı sualı belə cavablandırmışdı:

 

“Onların oyununu izləyirəm. Onlarla oynamaq mümkün ola bilər. Sadəcə, bu, o halda baş verir ki, hər iki komandanın uyğun vaxtı olsun. Bizim hazırda zamanımız yoxdur. İndi bu barədə düşünməmişik”.

 


Digər xəbərlər

0.25991201400757