Azad Rəhimov - 55! 

19:44 08-10-2019 | icon 2249
Azad Rəhimov - 55! 

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovun ad günüdür.

O, 55 yaşını qeyd edir. 

Qeyd edək ki, Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbin birinci sinifinə daxil olub. 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universiteti nin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub. 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub. 1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

2006-cı ildə Azərbaycan Respublikası gənclər və idman naziri təyin olunub.

2015-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.


Digər xəbərlər

0.24883008003235