Hamıya tanış olan yeni Baş Nazir...

19:52 08-10-2019 | icon 2988
Hamıya tanış olan yeni Baş Nazir...

Bu gün Azərbaycanın Baş Naziri təyin edilən Əli Əsədovun bioqrafiyası yenidən oxucuların marağına səbəb olub.

 Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

O, 1995-2000-ci illərdə Birinci çağırış Milli Məclisinin deputatı olub.

 

1998-ci ildə prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. 2017-ci ildə Əli Əsədov prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin olunub.

Ə.Əsədov 2012-ci ildə 2-ci dərəcəli, 2016-cı ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-ci dərəcə dövlət müşaviridir.


Digər xəbərlər

0.26023817062378