AzTV-də yeni təyinatlar - Siyahı

19:59 08-10-2019 | icon 3095
AzTV-də yeni təyinatlar - Siyahı

AzTV-də kadr dəyişiklikləri olub.

QSC-də baş prodüser vəzifəsində çalışan Hikmət Yaqubov tutduğu vəzifədən azad edilib. O, “Mədəniyyət” kanalında direktor müavini postuna təyin edilib.

Baş prodüser vəzifəsi TV-nin Bədii rəhbərinin müavini Nazilə Babayevaya, baş rejissor vəzifəsi isə Əməkdar incəsənət xadimi Ülviyyə Kərimovaya həvalə edilib.

 

Daha bir kadr təyinatı isə “İdman” kanalında olub. Belə ki, tanınmış jurnalist Rövşən Binnətli sözügedən kanalın direktor müavini təyin olunub.


Digər xəbərlər

0.19805288314819