Türkiyəli yazar “Qarabağ”ın oyunundakı təxribatdan yazdı
Türkiyəli yazar Cem Zeren "Düdelanj" - "Qarabağ" oyunu zamanı yaranmış dron qalmaqalı ilə bağlı "Aydınlık" qəzetində köşə yazıb.
Zeren 11 mart 1984-cü ildə Türkiyə-Lüksemburq milliləri arasında keçirilən yoldaşlıq görüşü zamanı canlı yayım otağının terrorçular tərəfindən hücuma məruz qalmasını xatırladaraq Lüksemburqun buna görə heç bir cəza almadığını qeyd edib. O, bənzər cəzasızlığın 3 oktyabr “Düdelanj”-“Qarabağ” matçında da olmasından təəssüfləndiyini bildirib:
“Ermənistanın Avropa Kubokundakı təmsilçiləri ilə imperialist bir yalanın təbliğatını apararkən Azərbaycanı Ermənistanın işğalı altında olan Qarabağın adını daşıyan komandanın təmsil etməsi çox düzgündür. Matçın 30-cu dəqiqəsində meydana dronla qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirildi. Futbolçular topla həmin bayrağı vurub salmağa çalışdılar. İsveçli hakim Con Beaton dron vasitəsilə ediləcək hər hansı hücumdan ehtiyatlandığı üçün oyunçuları paltardəyişmə otağına apardı. Azərbaycanlı azarkeşlər “Qarabağ Azərbaycanındır, Azərbaycanın olacaq” deyə hayqırırdılar. Yarım saat ərzində ara sakitləşdi. Lüksemburqlu nümayəndələr dron məsələsindən xəbərlərinin olmadığını dedilər. Matç qaldığı yerdən davam etdi. Azərbaycan 4:1 hesabla qazandı. Meydanda yenə qazandıq, masada nə olacağını gözləyək. 35 il sonra Lüksemburq yenə cəzalandırılmasa, sərhədlərimiz daxilindəki yerlərin adlarını daşıyan erməni klubları “Ələşkirt” və “Ararat”ın matçları zamanı dronla Türk bayrağının meydana daxil edilməsinin cəzası da olmaz, yəqin ki? 35 ildə baş verən iki bənzər hadisə göstərdi ki, milçək bir şey deyil, amma ürək bulandırır”.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...