Millimizin oyununu 15 minədək uşaq izləyəcək
Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçını stadionda 15 minə yaxın uşaq izləyəcək.
UEFA bundan əvvəl Macarıstan millisinə bir oyunluq cəza verib. Bu səbəbdən Macarıstan Futbol Federasiyası “Qroupama Arena”da 14 yaşdan kiçik azarkeşləri toplayacaq. Federasiya beş gün ərzində, təxminən, 15 minə yaxın müraciəti qeydiyyata alıb. Bu səbəbdən stadionun qapıları daha erkən açılacaq.
Xatırladaq ki, Macarıstan yığması azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev matçı zamanı irqçi davranışlara yol verməsi səbəbindən sanksiya ilə üzləşib. Qərara görə, milli növbəti ev oyununu azarkeşsiz keçirməli, federasiya isə 67,125 avro cərimə ödəməlidir.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçirəcək. Nikola Yurçeviçin komandası 4 gün sonra Macarıstan kollektivinin qonağı olacaq.
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...