“Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu
Ölkədə elm və təhsilin inkişafına, xüsusən də informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişdirilməsinə önəm verən “Nar”, “ADA” Universiteti ilə əməkdaşlığını davam etdirir. Bu dəfə mobil operator akademik göstəricilərinə görə fərqlənən tələbələrə təqaüdlər verib.
Oktyabrın 10-da “ADA”-da keçirilən “Akademik Mükəmməllik Günü”ndə Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Lütfi Zadə” adına təqaüdü qazananların adları açıqlanıb. Qeyd edək ki, tələbələr növbəti semestrin təhsil haqqına 100% güzəşt əldə edirlər.
“Nar” və “ADA” Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında “ADA” Universiteti Fondu ilə əməkdaşlıq, Universitetin tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, ADA ixtisasartırma proqramlarına “Nar” əməkdaşlarının cəlb edilməsi də mövcuddur.
Ölkənin ən gənc mobil operatoru “Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...
-
“Azeri Light” bu gün neçəyə satılır?
...