Nazarov Almaniya klubu ilə müqavilə imzaladı

14:52 11-10-2019 | icon 3399
Nazarov Almaniya klubu ilə müqavilə imzaladı

Azərbaycan millisinin üzvü Dmitri Nazarov çıxış etdiyi Almaniyanın “Aue” klubu ilə müqaviləni uzadıb.

II Bundesliqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə bağlayıb.
 
Dima 2016-cı ildə “Karlsrue”dən “Aue”yə keçib. Milliləşdirilmiş futbolçu ilə yanaşı, Klemens Fendrixlə də yeni müqavilə bağlanıb
 
Klubun prezidenti Xelqe Leonxardt Nazarovun klubun gələcək strateji planlarının bir hissəsi olduğunu deyib: “Bu futbolçular ağılı, ruhu və keyfiyyəti ilə komandamıza uyğun gəlir. Onlar bunu gələcəkdə də sübut edəcəklər”.
 
Komandanın baş məşqçisi Dirk Şuster Fendrix və Nazarov haqqında fikirlərini bildirib: “Onlar futbolçu keyfiyyətləri və təcrübələri ilə komandamızın əsas dirəyini təşkil edirlər. Şadam ki, qarşıdakı müddətdə də birgə çalışacağıq”.

 

 

Digər xəbərlər

0.31059217453003