Lənkəranda quruculuq abadlıq işləri davam etdirilir - FOTOLAR

11:42 16-10-2019 | icon 2557
Lənkəranda quruculuq abadlıq işləri davam etdirilir - FOTOLAR

 Ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Lənkəran rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur. Avtomobil magistral yolunun kənarlarında isə yaşıllıq zolaqları salınıb. Görülən işlər nəticəsində rayonun görkəmi müasir standartlara cavab verir.


Lənkəran sakinlərinin gözləri önündə və onların iştirakı ilə qəsəbələrin siması dəyişir, rayon gözəlləşir. Bu son illərdə ölkəmizin sürətli inkişafını, əldə etdiyi uğurları göstərən parlaq nümunədir. Rayon ərazisində sənaye potensialı güclənməklə yanaşı geniş miqyaslı infrastruktur və sosial layihələr rayonun simasını müasirləşdirməklə əhalinin həyatına da rahatlıq gətirir. Açılan yeni iş yerləri sakinlərin məşğulluğunu artırır, aparılan abadlıq quruculuq işləri isə insanlara mənəvi zövq verir.


 













 

Digər xəbərlər

0.25123810768127